Categories
Xəbərlər

Yaşıllaşdırma proqramı

1999-cu ildən 2011-ci ilə qədər ADRA Azərbaycan Xeyriyyə Təşkilatı meşələrin bərpası, icmaların təmizlənməsi və tullantıların düzgün idarə olunması sahəsində bir çox programlar həyata keçirib. Bu layihə çərçivəsində 2005-2006-cı illərdə Gəncə şəhərində, şəhərin hava limanına aparan mərkəzi yolun kənarında ağaclar əkilib və abadlıq işləri aparılıb. Ümumilikdə, layihə boyu bu illər ərzində Adra Azərbaycan təşkilatı ölkəmizin bölgələrinə bir milyondan çox ağac fidanı bağışladı.